Hatayda yeniyetmə 260 saat sonra dağıntılar altından sağ çıxarılıb

Tokio, 17 fevral , /AJMEDIA/

Türkiyədə zəlzələdən daha bir nəfər dağıntılar altından çıxarılıb.

AJMEDIA xəbər verir ki, Hatayın mərkəzi Antakya rayonunda zəlzələnin 260-cı saatında binanın dağıntıları altından 12 yaşlı yeniyetmə xilas edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts