Həştərxanda keçirilən “Xəzər mediaforumu”nda Qarabağın turizm potensialından danışılıb

Tokio, 10 Sentyabr, /AJMEDIA/

Həştərxanda keçirilən “Xəzər mediaforumu”nun plenar iclasında Qarabağın turizm potensialından danışılıb.

AJMEDIA xəbər verir ki, iclasda Rusiya Prezidentinin Cənub Federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Vladimir Ustinov, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, İranın Rusiyadakı səfiri Kazım Cəlali, Qazaxıstanın Rusiyadakı səfiri Yermek Koşerbayev və başqaları çıxış ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarova tədbirə onlayn formatda qoşularaq nazir Sergey Lavrovun forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Azərbaycan Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə iclasda Azərbaycanın turizm potensialından, pandemiya dövründə turizm sahəsində yaranmış çətinliklərdən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan hazırda hava sərhədlərini bir çox ölkələr üçün açıb, ölkəmizdə turistlərin qarşılanması, koronavirus pandemiyası ilə əlaqədar epidemioloji təhlükəsizliyə riayət olunması üçün mühüm tədbirlər görülür.

Turizm Agentliyinin nümayəndəsi vurğulayıb ki, Azərbaycan Xəzəryanı dövlətlərlə turizm sahəsində yaxından əməkdaşlıq edir, pandemiyadan əvvəl hazırlanmış bir çox layihələrin tezliklə gerçəkləşdiriləcəyinə ümid bəsləyir. Həştərxan vilayəti ilə bütün sahələrdə sıx əlaqələrdən danışan K.Quluzadə Həştərxanda Azərbaycan Biznes Mərkəzinin uğurla fəaliyyət göstərdiyini, Həştərxan Biznes Mərkəzinin tezliklə Bakıda açılacağını xatırladıb.

O, tədbir iştirakçılarına ölkəmizin turizm potensialı, həmçinin Qarabağın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri barədə də məlumat verib.

İclasın sonunda “Sərhədsiz Xəzər” jurnalist işləri müsabiqəsinin qalibləri elan olunub. Qaliblər arasında “Press Klub TV”nin “Turnaz” verilişinin müəllifləri Aytən Əliyeva və Eldar Quliyev (“Təzə baxış” nominasiyası), “Sputnik” agentliyinin fotoqrafı Murad Orucov (“Xəzər sağlamlıq məkanıdır” nominasiyası) da var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts