Hərbi həkimlərimiz Kahramanmaraşda növbəti əməliyyatlarını icra ediblər

Tokio, 10 fevral , /AJMEDIA/

Hərbi tibb personalımız 7 cərrahi əməliyyatı uğurla icra edib, zərərçəkmiş 41 nəfərə ambulator yardım göstəriblər

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə ezam olunan Azərbaycan Ordusunun hərbi həkimləri Kahramanmaraşda fəaliyyətini davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, hərbi tibb personalımız Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə növbəti 7 cərrahi əməliyyatı uğurla icra edib, zərərçəkmiş 41 nəfərə ambulator yardım göstəriblər.
Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun tibb personalı ümumilikdə 17 cərrahi əməliyyat icra edib, baş vermiş zəlzələdən zərərçəkən 134 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts