Gürcüstan XİN Londonda Azərbaycan səfirliyinə edilən hücumu qətiyyətlə pisləyib

Tokio, 7 avqust , /AJMEDIA/

Gürcüstanın Xarici İşlər Nazirliyi Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribatı pisləyib.
AJMEDIA xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, İliya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək baş vermiş hadisəni pislədiklərini, Azərbaycanın yanında olduqlarını və tam dəstək verdiklərini bəyan edib.
Xatırladaq ki, avqustun 4-də bir qrup radikal dini dəstə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts