Göyçayda “Şəhidlər unudulmur” adlı bulaq abidə kompleksinin açılışı olub

Tokio, 14 noyabr , /AJMEDIA/

Birinci Qarabağ müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədilə Göyçay rayonunun İnçə kəndində “Şəhidlər unudulmur” adlı bulaq abidə kompleksinin açılışı olub. Bulağın açılış mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, məktəblilər, kənd sakinləri iştirak ediblər.
AJMEDIA xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Birinci Qarabağ müharibəsində İnçə kəndindən şəhid olan 12 vətən oğlunun qısa, şərəfli həyat yolundan, onların erməni işğalçılarına qarşı göstərdikləri qəhrəmanlıqlardan danışılıb, adlarının əbədiləşdirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə şəhid ailələri çıxış edərək dövlətin onların ailəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər. Sonda məktəblilərin ifasında vətənə, şəhidlərimizə həsr olunan mövzusunda şerlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar ifa olunub.
Qeyd edək ki, bulaq abidə kompleksi İnçə kənd camaatının şəxsi vəsaiti hesabına tikilib ərsəyə gəlib. Burada 12 şəhidin şəkilləri cərgələnib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts