Görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyi Şəkidə qeyd edilib

Tokio, 19 dekabr , /AJMEDIA/

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki şəhər Uşaq İncəsənət Məktəbi ilə birgə görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Azərbaycan ətirli bəstəkar” adlı tədbir keçirib.
AJMEDIA xəbər verir ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi, musiqişünas Nərgiz Kərimova tədbir boyunca Fikrət Əmirovun yaradıcılığını işıqlandıraraq, bəstəkarın sehrli musiqi dünyasından söhbət açıb.
Tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri, “Zirvə” folklor instrumental ansamblı (bədii rəhbər Şəki şəhər Uşaq İncəsənət məktəbinin direktoru Eldar Rəcəbov) və Şəki şəhər Uşaq İncəsənət məktəbinin orkestri tərəfindən səsləndirilən bir-birindən gözəl ifalar dinləyicilərə musiqi bayramı yaşadıb.
Sonda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifliyə və Şəki şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbova, eyni zamanda bütün tədbir iştirakçılarına belə bir möhtəşəm konsertə görə öz minnətdarlığını bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts