G20 maliyyə nazirləri Bali görüşündə inflyasiyanın sürətlənməsinə xüsusi diqqət yetirəcəklər

Tokio, 15 iyul , /AJMEDIA/

G20 ölkələrinin maliyyə nazirləri və Mərkəzi banklarının rəhbərləri iyulun 15-də İndoneziyanın Bali adasında başlayan ikigünlük görüşləri zamanı inflyasiyanın sürətlənməsi mövzusuna xüsusi diqqət yetirəcəklər.
AJMEDIA xəbər verir ki, Qərb ölkələrinin qənaətinə görə məhz Rusiyanın Ukraynaya hücumu inflyasiyanın sürətlənməsinə səbəb olub.
Qeyd edilir ki, enerji daşıyıcılarının və ərzağın qiymətinin kəskin artmasında koronavirus pandemiyası nəticəsində tədarük zəncirində yaranan problemlər də rol oynayıb.
ABŞ hökumətinin iyulun 13-də dərc etdiyi məlumatlarda qeyd edilir ki, ölkədə ötən ay istehlak qiymətləri 9,1 faiz artaraq son 40 ilin ən yüksək həddinə çatıb.
Mərkəzi bankların əsas faiz dərəcələrini qaldırmasına baxmayaraq, dünyanın başqa ölkələrində də qiymətlər kəskin artıb. Bu insanların həyatına əlavə təzyiqlər yaradıb.
Dünyanın inkişaf etmiş iqtisadiyyatlarında faiz dərəcələrinin qaldırılması, eyni zamanda inkişaf etməkdə olan ölkələrin milli valyutalarının məzənnəsini aşağı salır və bu da səhmdarları öz sərmayələrini həmin ölkələrdən çıxarmağa təhrik edir.
ABŞ və Avropa ölkələri inflyasiyanın kəskin artmasına səbəb kimi Rusiyanın Ukraynaya müdaxiləsini göstərirlər. Rusiya isə Qərb ölkələrini ona qarşı tətbiq edilən sanksiyalarda günahlandırır.
Xatırladaq ki, G20 ölkələrinə Rusiya ilə sıx əlaqələrə malik olan Çin və Hindistan da daxildir.
Buna görə də G20 maliyyə nazirlərinin budəfəki görüşü aparılacaq müzakirələrin inflyasiyanın artım sürətinə təsir göstərə bilməsi və digər aktual mövzularla diqqəti cəlb edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts