Gənc ifaçı Almaxanım Əhmədli ilk böyük solo konsertinə hazırlaşır

Tokio, 22 fevral , /AJMEDIA/

Mayın 29-da Heydər Əliyev Sarayında bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin ilk böyük solo konserti keçiriləcək.
Sarayın mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, konsertdə A.Əhmədli öz repertuardakı mahnılarla yanaşı, muğamlar, xalq və bəstəkar mahnılarını da səsləndirəcək.
Biletləri şəhərin bütün kassalarından, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindəki kassalardan əldə etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts