Futbol üzrə dünya çempionatı: Braziliya millisi Serbiya seçməsini iki cavabsız qolla məğlub edib

Tokio, 25 noyabr , /AJMEDIA/

Qətərdə keçirilən dünya çempionatında daha bir qarşılaşma keçirilib.
AJMEDIA xəbər verir ki, G qrupunun ikinci matçında Braziliya millisi Serbiya seçməsi ilə qarşılaşıb. Görüşdə Braziliya komandası rəqibini iki cavabsız qolla məğlub edib. Matçda hər iki qolu Riçarlison vurub. Futbolçu 62-ci və 73-cü dəqiqələrdə fərqlənərək komandası üçün 2:0 hesablı qələbəni təmin edib.
Qeyd edək ki, noyabrın 24-də keçirilmiş qrupun ilk oyununda İsveçrə millisi Kamerun yığması üzərində minimal hesablı qələbə qazanıb – 1:0.
Futbol üzrə dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.
Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.
Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.
Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts