Fransız yazıçısı Aleksandr Dümanın doğum günü ilə əlaqədar sərgi açılıb

Tokio, 25 iyul , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur fransız yazıçısı, tarixi və macəra romanlarının ustası Aleksandr Dümanın doğum günü ilə əlaqədar olaraq sərgi açılıb.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, kitabxana əməkdaşı Gülarə Qəniyeva macəra romanlarının “atası” Aleksandr Dümanın həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Bildirilib ki, A.Düma daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanıb. Onun “Qraf Monte Kristo”, “Qrafinya de Monsoro”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, “Qara zanbaq” kimi əsərləri dəfələrlə ekranlaşdırılıb. A.Düma dramaturq olmaqla yanaşı, həmçinin qəzetlər üçün məqalələr yazan peşəkar müxbir kimi də tanınıb.
Sonda yazıçının kitablarının nümayiş olunduğu sərgiyə baxış keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts