Fransa Azərbaycana qarşı yürütdüyü çirkin siyasətə son qoymalıdır –deputat

Tokio, 22 fevral , /AJMEDIA/

ATƏT Parlament Assambleyasının 23-cü qış sessiyasının iclasında ATƏT məkanındakı siyasi və təhlükəsizlik məsələlərinə dair müzakirələr aparılıb.

AJMEDIA xəbər verir ki, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Tural Gəncəliyev iclasdakı çıxışında Fransanın ölkəmizə qarşı yürütdüyü siyasəti kəskin pisləyib. Qeyd edib ki, Fransa son zamanlar islamofob, türkofob və antisemit siyasət aparır, bununla yanaşı, Ermənistanı silahlandırır və regionda sülhün bərqərar olmasına qarşı destruktiv fəaliyyət nümayiş etdirir.

İclasda Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xankəndi şəhərinin adını təhrif olunmuş formada səsləndirən fransalı deputatlara cavab olaraq, T.Gəncəliyev böyük fəxr hissi ilə həmin şəhəri təmsil etdiyini diqqətə çatdırıb.

Azərbaycan nümayəndəsi bildirib ki, fransız deputatlar Qarabağdan olan ermənilər və qondarma “Arsax” üçün çox narahatlıq keçirirlərsə, Fransa dövlətinin ərazisində, məsələn, Marseldə “Marsax” adlı qurum yarada bilərlər.

T.Gəncəliyev çıxışının sonunda Fransanın Azərbaycana qarşı yürütdüyü çirkin və məkrli siyasətə son qoymasını tələb edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts