Formula 1 Yaponiya Qran-Prisinin tarixini 2024-cü ilin martına keçirmək niyyətindədir

Tokio, 8 aprel , /AJMEDIA/

Formula 1 dünya çempionatının təqvimində dəyişiklik etmək niyyətindədir.
AJMEDIA “SoyMotor” nəşrinə istinadla xəbər verir ki, çempionatın rəhbərliyi 2024-cü il mövsümünü martın 3-də Səudiyyə Ərəbistanındakı mərhələ ilə başlamaq fikrindədir. Bu, ərəb ölkəsində yürüşü Ramazan ayı başlananadək keçirmək imkanı verəcək.
Bununla yanaşı, Formula 1 Səudiyyə Ərəbistanındakı mərhələdən sonra mövsümün Avstraliya, Çin və Yaponiya mərhələlərinin daxil olduğu ilk üç yürüşünü keçirmək niyyətindədir. Çox maraqlıdır ki, Yaponiya yürüşü tarixən təqvimdə son yürüşlərdən biri, 2001-ci ildən 2003-cü ilədək olan dövrdə isə mövsümü bağlayan yürüş olub.
Bundan başqa, əgər Yaponiya Qran-Prisini mart ayına keçirmək mümkün olmasa, o halda çempionatın rəhbərliyi Sinqapur mərhələsini təqvimin yaz hissəsinə dəyişdirilməsi ehtimalını nəzərdən keçirir.
Bəhreyn Qran-Prisinə gəlincə, Formula 1 bu mərhələni payızda, Qətər Qran-Prisindən əvvəl keçirməyə hazırlaşır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts