Filarmoniyada Azərbaycan xalq və bəstəkar mahnılarından ibarət konsert təqdim olunacaq

Tokio, 29 sentyabr , /AJMEDIA/

Oktyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan xalq və bəstəkar mahnılarından ibarət konsert təqdim olunacaq.
Filarmoniyadan AJMEDIA-ya bildirilib ki, konsertin bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadədir.
Musiqili gecədə Əməkdar artistlər Fərid Əliyev və Xəqani Cəlilov, həmçinin ansamblın artistləri Anar Məmmədov, Orxan Şəfərli, Toğrul Şərifov, Seymur Nəbizadə, Həmid Qulamov, Aytən Bünyatova, Alina Qontareva, Gülanə Əsgərova, Ülviyyə, Valeriya Konkina və Məleykə Məmmədova çıxış edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts