Filarmoniya səhnəsində yeni adlar

Tokio, 30 noyabr , /AJMEDIA/

Dekabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində konsert keçiriləcək.
AJMEDIA xəbər verir ki, gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijorlar Fuad İbrahimov, solistlər piano ifaçısı Əli Məmmədov, violin ifaçısı Nəzrin Aslanlı) çıxış edəcək.
Qeyd edək ki, “Yeni adlar” layihəsinin məqsədi milli musiqimizin və mədəni irsimizin qorunması, eləcə də ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətinə töhfə verməkdir. Layihə eyni zamanda Azərbaycan ifaçılıq sənətində olan yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən və onu dərk edərək, böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə Azərbaycanın mötəbər konsert zallarında ifası üçün belə imkanların yaradılması onların inkişafına böyük təkandır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts