Ermənistan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək

Tokio, 14 dekabr, /AJMEDIA/

Ermənistan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun İrəvanla münasibətlərin tənzimlənməsi üçün xüsusi nümayəndə təyin etmək barədə bəyanatını alqışlayır və dialoqun başlaması üçün öz nümayəndəsini təyin edəcək.

AJMEDIA xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Vaan Unanyan özünün feysbuk səhifəsində yazıb.

“İrəvan Ermənistan hökumətinin proqramında təsbit olunduğu kimi, ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin tənzimlənməsi prosesinə hazırdır. Bu səbəbdən Türkiyə xarici işlər nazirinin münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edilməsi ilə bağlı bəyanatını müsbət qiymətləndirir və dialoqa başlamaq üçün Ermənistan tərəfinin də xüsusi nümayəndə təyin edəcəyini təsdiqləyirik”, – deyə Vaan Unanyan vurğulayıb.

Dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın zamanlarda münasibətlərin tənzimlənməsi üçün Ankara və İrəvanın xüsusi nümayəndələr təyin edəcəkləri, həmçinin Ermənistan paytaxtına çarter reyslərinin açılacağı barədə bəyanat verib. Onun sözlərinə görə, bu istiqamətdə hər bir addım Azərbaycanla birgə atılacaq.

Qeyd edək ki, iki dövlət arasında ümumi sərhədə baxmayaraq Türkiyə və Ermənistan arasında diplomatik əlaqələr mövcud deyil. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, bu sənədlər ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də isə Ermənistan protokolları ləğv edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts