Epileptik tutmalar xəstə üçün həyatı təhlükə yaratmır

Tokio, 31 oktyabr , /AJMEDIA/

Epilepsiya zamanı beyində patoloji oyanıq sahə yaranır. Bu da vaxtaşırı beyində generalizasiya olunan elektrik aktivliyi yaradır və epileptik tutulmalar müşahidə olunur. Xalq dilində bu problemə ürəkgetmə, qıcolma və digər kimi adlar verilib.
AJMEDIA Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, epileptik tutmalar kiçik və böyük olmaqla iki yerə bölünür. Kiçik və böyük tutmalar simptomları səbəbindən çox fərqlənir. Böyük tutmalar zamanı xəstənin əlləri yumulur, yıxılır, gözü çevrilir və ağızdan köpük gəlir. Kiçik tutmalar isə özünü müxtəlif yollarla göstərir və tutulma zamanı xəstədə yıxılma, başgicəllənmə, huşu itirmə kimi problemlər olmur. Bəzən elə olur ki, xəstələr bilmədən qeyri-adi səs çıxarır, gülməyə başlayır, gözünə qəribə varlıqlar görünür. Belə halların böyük epileptik tutmalara çevrilməsinin qarşısını almaq üçün dərhal həkimə müraciət etmək tövsiyə olunur. Epilepsiyanın diaqnozu dəqiq və ətraflı anamnezlə başlayır. Ailə və irsi anamnez, epileptik tutmanın təsviri, keçirilən travma və xəstəliklər aparılan müalicəyə təsir edir. Xəstə ümumi və nevroloji müayinədən sonra əlavə olaraq EEQ, KT, MRT edilməlidir. Yüksək hərarət, alkoqol və başqa keçici səbəblərdən yaranan tutmalar eyni zamanda təkrarlanmayan tək bir tutma, epilepsiya deyil.
Epilepsiya tutmalarının səmərəli müalicəsində ilk tibbi yardımın əhəmiyyəti çox böyükdür. Xüsusən tonik klonik tutmalar kənardan müşahidə edənlərdə dəhşət yaradır. Epileptik tutmalar xəstə üçün həyatı təhlükə yaratmır. Xəstəni belə hallarda ilk növbədə yan üstə çevirmək lazımdır ki, ağızdan gələn köpük nəfəs yolunu tutub, onu boğmasın. Düzgün müalicə olunmadıqda xəstədə yaddaş problemi, iş qabiliyyətinin itirilməsi kimi hallar yarana bilər. Düzgün aparılmayan müalicə insanın psixikasını poza, ruh sferasını dəyişə bilər.
Epilepsiya xəstəliyinin müalicəsi uzun müddətlidir. Düzgün və vaxtı-vaxtında müalicə kursları aparılarsa, epileptik tutmalar uzun illər ərzində olmaya bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts