Emin Hüseynov: Qarabağda həyata keçirilən bərpa işlərinin konsepsiyası baza kommunikasiyaları yaratmaqdan ibarətdir

Tokio, 24 dekabr, /AJMEDIA/

Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sistemli innovasiyaların həyata keçirilməsi bərpa işlərinə yanaşma praktikasının başlıca prinsipidir.

AJMEDIA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin Qarabağ iqtisadi rayonuna daxili olan işğaldan azad edilmiş (Şuşa rayonu istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Bu istiqamətdə görülən işlərə toxunan Prezidentin xüsusi nümayəndəsi deyib ki, artıq 11 işçi qrupu yaradılıb.

2020-2025-ci illərdə işğaldan azad edilmiş ərazilərdə bərpa prosesini özündə ehtiva edən Dövlət Proqramının hazırlandığını deyən Emin Hüseynov bu istiqamətdə işlərin yekunlaşmaq üzrə olduğunu bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts