Eddi Mörfi məşhur obrazını yenidən canlandıracaq

Tokio, 31 avqust , /AJMEDIA/

“Beverli Hills Polisi” franşizasının dördüncü hissəsinin çəkilişlərinin hazırlanmasına başlanılıb.
AJMEDIA xəbər verir ki, Aksell Fouli obrazını canlandırmaq üçün baş rol ifaçısı Eddi Mörfi layihəyə həm də filmin prodüseri kimi qayıdıb.
Ekran əsəri “Beverli Hills Polisi: Aksell Fouli” adlanır. Filmin rejissoru Mark Molloydur. Aktyor heyətinə Teylor Peyc və Cozef Qordon-Levitt də qatılıblar. Film “Netflix”də yayımlanacaq.
Qeyd edək ki, “Beverli Hills Polisi” filminin ilk hissəsi 1984-cü ildə ekranlara çıxıb. O, ən yaxşı ssenari üzrə “Oskar”, həmçinin “Ən yaxşı film” və “Ən yaxşı aktyor” nominasiyalarında “Qızıl Qlobus” mükafatına namizəd olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts