Tokio, 13 avqust, /AJMEDIA/
Dünya birjalarında neft ucuzlaşıb.
AJMEDIA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,63 dollar azalaraq 81,67 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,52 dollar azalaraq 79,54 dollar təşkil edib.