Tokio, 5 oktyabr, /AJMEDIA/
Dünya birjalarında neft bahalaşıb.
AJMEDIA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,43 dollar artaraq 78,05 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,67 dollar artaraq 74,38 dollar təşkil edib.