Tokio, 13 sentyabr, /AJMEDIA/
Dünya birjalarında neftin bahalaşması davam edir.
AJMEDIA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,38 dollar artaraq 72,35 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,39 dollar artaraq 69,36 dollar təşkil edib.