Tokio, 11 sentyabr, /AJMEDIA/
Dünya birjalarında neftin qiyməti artıb.
AJMEDIA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,88 dollar artaraq 70,07 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,84 dollar artaraq 66,59 dollar təşkil edib.