Tokio, 24 avqust, /AJMEDIA/
Dünya birjalarında neftin bahalaşması davam edir.
AJMEDIA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,80 dollar artaraq 79,02 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,82 dollar artaraq 74,83 dollar təşkil edib.