Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üçün büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edilib

Tokio, 22 iyun , /AJMEDIA/

“Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul edilib.
AJMEDIA xəbər verir ki, qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iyunun 22-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.
Layihəyə əsasən Dövlət Sosial Müdafiə Fondunun 2022-ci ilin büdcəsinin gəlirləri olaraq müəyyən edilmiş göstərici 299 499 497,0 manat artırılaraq 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata, Fondun büdcəsinin balanslılığı prinsipi gözlənilməklə onun büdcəsinin xərcləri isə eyni həcmdə artırılmaqla 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata çatdırılması təklif edilib.
Qanun layihəsi səsvermədən sonra birinci oxunuşda qəbul edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts