DİN: Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar davam etdirilir

Tokio, 22 aprel , /AJMEDIA/

Aprelin 28-30-da keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, bu gün Daxili İşlər Nazirliyi tərəfindən ictimai qaydanın və ictimai təhlükəsizliyin, xidmətin nümunəvi təşkili məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin sıra baxışı keçirilib, maddi-texniki təchizatın vəziyyəti yoxlanılıb.
Tapşırıqların icra vəziyyətini yoxlayan Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Vüqar Ələkbərov tədbirin yüksək təhlükəsizlik şəraitində keçirilməsi, qarşıya qoyulan tapşırıqlarla bağlı şəxsi heyəti təlimatlandırıb, əlavə göstərişləri diqqətə çatdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts