“Diaspor Gəncləri 1+1” layihəsinin iştirakçları Gəncə, Ağdam və Bərdəyə səfər ediblər

Tokio, 18 dekabr, /AJMEDIA/

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən “Diaspor Gəncləri 1+1” layihəsinin iştirakçıları Gəncə şəhərində səfərdə olublar.

AJMEDIA xəbər verir ki, komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iştirakçılar Gəncədə 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən bombalanmış ərazilərə baş çəkiblər, terror qurbanlarının xatirəsini yad ediblər. Eyni zamanda, İmamzadə kompleksini, Aleksandr Nevski rus-pravoslav kilsəsini və Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Gəncədən Ağdama yollanan layihə iştirakçıları burada Ağdam Cümə məscidi, İmarət məqbərə-kompleksi və dağıdılmış Şəhidlər xiyabanında erməni vəhşiliyinin izlərinin şahidi olublar.

Daha sonra Bərdəyə gedən qonaqlar 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən bombalanmış əraziyə baş çəkiblər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi “Diaspor Gəncləri 1+1” layihəsinə start verib. Dekabrın 15-dən 20-dək təşkil olunan layihəyə 9 fərqli ölkədən 18 nəfər iştirakçı qatılıb. İştirakçıların 9 nəfəri əcnəbi gənclər, digər 9 nəfər isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Məqsəd ölkəmizin multikultural zənginliyini, eyni zamanda, 30 illik işğal müddətində ermənilər tərəfindən törədilmiş vandalizm aktlarını, 44 günlük Vətən müharibəsi ərzində Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini və işğaldan sonra azad olunmuş ərazilərdə sürətlə davam edən yenidənqurma, bərpa-quruculuq prosesini qonaqlara göstərməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts