“Danışır Şuşa” layihəsi uğurla davam edir

Tokio, 1 aprel , /AJMEDIA/

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Nazirlik yanında Mədəni İrsin Bərpası, Qorunması və İnkişafı üzrə Dövlət Xidməti, “AzerNyuMedia” şirkəti və Avto FM-in birgə layihəsi olan və “AzMan Holdinq”in sponsorluğu ilə yayımlanan “Danışır Şuşa” layihəsi hər həftənin cümə günü öz işini 107.7FM dalğasında davam etdirir.

Nazirlikdən AJMEDIA-ya bildirilib ki, bu günə qədər layihənin 10-a yaxın buraxılışı təqdim olunub. “Unutma”, “Qafqaz mirvarisi”, “Şuşa kimi tarix”, “Şuşa tərzi” və “Zəfər yolu” rubrikalarından ibarət olan layihə əslində Şuşa haqqında məlumatlar, əhvalatları özündə əks etdirir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş “Şuşa söhbətləri” layihəsinin tərkib hissəsidir. Bu günə qədər “Danışır Şuşa!”nın mikrofonu önündə Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Əməkdar memar Ədalət Məmmədov, Əməkdar artist Tahir İmanov, tarixçi Faiq İsmayılov, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva və digərləri çıxış ediblər.

Bu həftə “Danışır Şuşa!”da şairə, bəstəkar Zəhra Bədəlbəyli Şuşa ilə bağlı hazırda üzərində çalışdığı yeni layihəsi barədə danışacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts