Daha bir filmin nümayişi təxirə salınıb

Tokio, 24 yanvar, /AJMEDIA/

“Səssiz bir yer” (A Quiet Place) seriyasının yeni filminin nümayiş tarixi təxirə salınıb.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, “Paramount Pictures” kino şirkəti koronavirusun yeni variantı “omikron” ştamının yayılma sürətinin kəskin artma səbəbindən buraxılış tarixləri dəyişdirilmiş yeni filmlərin siyahısını açıqlayıb. Bu filmlərdən biri də 2023-cü ilin martın 31-də nümayişi planlaşdırılan “Səssiz bir yer” ekran əsəridir.

Rejissor kürsüsündə Jeff Nicholsın əyləşdiyi filmdə 2 uşaqlı ailə təcrid olunmuş bir kənddə sakit həyat tərzi sürür. Ailə üzvləri danışmır və yalnız işarə dili ilə ünsiyyət qururlar. Bunun səbəbi isə danışa bilmədikləri üçün deyil. Ailə cırıldayan hər addımdan, səs çıxaracaq hər bir hərəkətdən uzaq durur. Bir gün anidən baş verən kiçik hadisə ilə yaşadıqları sakit həyat alt-üst olur…

Xatırladaq ki, bu, “A Quiet Place” seriyasının pandemiyadan təsirləndiyi ilk hadisə deyil. 2020-ci ilin mart ayında yayımlanması planlaşdırılmış “A Quiet Place II” filmi COVID-19 pandemiyası səbəbindən bir ildən sonra, 2021-ci ilin may ayında nümayiş olunmuşdu. Film dünya miqyasında 300 milyon dollar qazanc əldə edərək pandemiya zamanı ən böyük və heyrətləndirici açılış rekordunu qırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts