Dənizkənarı Milli Parkda “Kobız sarını” folklor-etnoqrafik ansamblının çıxışı olub

Tokio, 23 avqust , /AJMEDIA/

Dənizkənarı Milli Parkda Süyunbay adına Almatı Vilayət Filarmoniyasının “Kobız sarını” folklor-etnoqrafik ansamblının çıxışı olub.
AJMEDIA xəbər verir ki, musiqiçilər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Qazaxıstan mədəniyyətini nümayiş etdirmək üçün Azərbaycana gəliblər.
Bununla əlaqədar Bakı Dəniz Vağzalının yaxınlığında yurta quraşdırılıb. Yurtanın önündə “Kobız sarını” folklor-etnoqrafik ansamblı Qazaxıstan milli musiqisindən nümunələr səsləndirib.
Yurtanın təqdimatı çərçivəsində Bakı sakinlərinə qazaxların adət-ənənələri, tarixi abidələri, musiqisi və turistik məkanları barədə məlumat verilib.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək aksiya çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts