“Cənnətə bilet” filminin çəkilişləri dayandırılıb

Tokio, 19 yanvar, /AJMEDIA/

Məşhur amerikalı aktyorlar George Clooney və Julia Roberti bir araya gətirən “Cənnətə bilet” (Ticket To Paradise ) romantik komediya filminin çəkilişləri koronavirusa yoluxma hallarının artması səbəbindən dayandırılıb və təxirə salınıb.

AJMEDIA xəbər verir ki, Avstraliyada davam edən filmin çəkilişlərinin başa çatmasına cəmi iki həftə qalmışdı.

İngiltərəli rejissor Ol Parkerin çəkdiyi filmdə Çikaqo Universitetini yeni bitirən Vren Butler yaxın dostu Lili ilə birlikdə Baliyə gedir. Burada yaşayan bir qadınla tanış olan Lili həyatının eşqi ilə qarşılaşır və qəfil evlilik qərarı verir….

Follow us on social

Facebook Twitter Youtube

Related Posts