Çəkilişləri davam edən ikinci “Avatar” filminin tam adı açıqlanıb

Tokio, 30 aprel , /AJMEDIA/

Hazırda çəkilişləri davam edən “Avatar” filminin ikinci hissəsinin tam adı açıqlanıb.
AJMEDIA RİA Novosti saytına istinadla xəbər verir ki, Ceyms Kameronun ən çox gəlir gətirən filmi olan “Avatar”ın davamı “Avatar: Su Yolu” (“Avatar: The Way of Water”) adlanır.
Filmin davamının çəkilişləri 2017-ci ildən başlayıb, lakin ssenari tam tamamlanmadığı üçün çəkilişlər bu səbəbdən hələ də davam edir. Filmdə baş verən hadisələrin çox hissəsinin su altında baş verdiyi deyilir.
Filmdə, həmçinin Keyt Uinslet, Siqurni Uiver, Stiven Lenq, Kliff Kertis, Coel Mur, Ceymi Fletters, Briten Dalton, Triniti Bliss və başqaları çəkilib.
Xatırladaq ki, ilk “Avatar” filminin premyerası 2009-cu ildə baş tutub. Bu film kino tarixində ən çox gəlir gətirən film olub. Hazırda layihə qlobal kassada 2,8 milyard dollar qazanıb. Film doqquz nominasiya üzrə “Oskar”a namizəd olaraq, üçündə qalib gəlib. “Oskar” mükafatını təmsil edən heykəlciklər quruluşçu rejissor, rəssam və operator işinə, eləcə də vizual effektlərə görə verilib.
Qeyd edək ki, “Avatar: Su Yolu” (“Avatar: The Way of Water”) filminin premyerası 2022-ci il dekabrın 16-na planlaşdırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts