“Buker” mükafatının builki qalibi Şri-Lankadandır

Tokio, 18 oktyabr , /AJMEDIA/

“Buker” mükafatının builki qalibi məlum olub.
AJMEDIA xəbər verir ki, “Buker” mükafatının builki qalibi “Maali Almeydanın yeddi ayı” romanı ilə Şehan Karunatilaka olub.
Şehan Karuntilaka 1975-ci ildə Şri-Lankada doğulub. Onun “Çinli” adlı debüt əsəri 2011-ci ildə “Commonwealth Book Prize” mükafatına layiq görülüb. “Maali Almeydanın yeddi ayı” əsəri isə müəllifin ikinci romanıdır.
“Maali Almeydanın yeddi ayı” romanında əsərin qəhrəmanı gözünü açıb, özünü səmavi bir viza ofisində, təxminən, əraf kimi bir yerdə görür. Onun parçalanmış cəsədi göldə batır və qətlin kim tərəfindən törədildiyi məlum deyil. Onu öldürə biləcək şəxslərin siyahısı çox uzundur, ancaq Maali Almeydanın vaxtı azdır. Onun sevdiyi qadın və kişiylə əlaqə saxlamaq, eləcə də Şri-Lankanı sarsıdacaq fotoların olduğu fləş karta yönləndirmək üçün yeddi ayı var.
Münsiflər heyətinin sədri Nil Makqreqor romanı “metafizik triller” və “axirətlə bağlı nuar” adlandırıb.
Qeyd edək ki, Karunatilaka Şri-Lankadan “Buker” mükafatı alan ikinci müəllifdir. Laureat 50 min funt-sterlinq (97 min AZN) məbləğində pul alacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts