Bu ilin beş ayında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 432 milyon dolları ötüb

Tokio, 17 iyun , /AJMEDIA/

Bu ilin yanvar-may aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 432 milyon dolları ötüb.
AJMEDIA xəbər verir ki, həmin dövrdə Azərbaycan bu ölkədən 110 milyon 625 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 321 milyon 594 min dollar olub.
Xatırladaq ki, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.
Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts