Bu gün Azərbaycanda COVID-19 infeksiyasına 5 yoluxma faktı qeydə alınıb

Tokio, 24 aprel , /AJMEDIA/

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.
İndiyədək ölkədə ümumilikdə 831 min 110 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 631 nəfər müalicə olunaraq sağalıb. Hazırda aktiv xəstə sayı 253 nəfərdir. Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 637, bu günə qədər isə ümumilikdə 7 milyon 583 min 322 test icra olunub.
İnfeksiyadan vəfat edənlərin sayı isə 10 min 226 nəfər təşkil edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts