Brüsseldə Xalq artisti Alim Qasımovun iştirakı ilə konsert olub

Tokio, 27 Oktyabr, /AJMEDIA/

Belçikanın paytaxtında Azərbaycan xalqının mədəni irsini təbliğ edən növbəti konsert olub.

AJMEDIA xəbər verir ki, vokal sənətinin avropalı sərraflarının qarşısında Azərbaycanın Xalq artisti Alim Qasımov çıxış edib. Onu instrumental alətlərdə Müfadel Adhami, Matiaş Sədai, Vinsent Noiret və başqaları müşayiət ediblər.

Tamaşaçılar orta əsr sufi poeziyasının nümunələri ilə tanış olublar. Tam anşlaq şəraitində keçən konsert Şərq lirikasının belçikalı biliciləri arasında böyük maraq doğurub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts