Böyük Britaniya Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumundakı prioritetlərini dəstəkləyir

Tokio, 21 yanvar, /AJMEDIA/

Biz silahlara nəzarət və Qadınlar sülh və təhlükəsizlik üzrə Azərbaycanın prioritetlərini dəstəkləyirik. Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu üzrə Fəaliyyət Planını həyata keçirməsini səbirsizliklə gözləyirik.

AJMEDIA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp özünün tviter hesabında bildirib.

Səfir qeyd edib ki, Böyük Britaniya Azərbaycanın sədrliyini müvəffəqiyyətlə yerinə yetirməsi üçün onunla işləməyə hazırdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts