Bilik yarışlarından əldə edilən uduşlar vergiyə cəlb olunurmu?

Tokio, 9 avqust , /AJMEDIA/

Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinə əsasən yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri gəlir vergisindən azaddır.
AJMEDIA Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək gəlir vergisindən azaddır.
Eyni zamanda, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Vergi Məcəlləsinin 98.2.2-ci maddəsinə əsasən, işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda – bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzdlu işdən əldə olunan gəlir hesab edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts