Biləsuvar rayonunda arpa biçini həyata keçirilir

Tokio, 9 iyun , /AJMEDIA/

Biləsuvar rayonu üzrə əkilən taxıl sahələrində məhsulun toplanılmasına başlanılıb.
AJMEDIA xəbər verir ki, 39 min 290 hektar taxıl əkininin 11 min 803 hektarını buğda, 27 min 487 hektarını arpa sahələri təşkil edir.
Hazırda təsərrüfatlarda arpa biçini yüksək sürətlə davam etdirilir. Rayon ərazisində biçin kampaniyasının mütəşəkkil qaydada aparılmasından ötrü 70-dən artıq taxıl biçən kombayn sahələrə cəlb olunub.
İlkin olaraq rayonun Ağalıkənd, Xırmandalı, Bağbanlar və Dərvişli kəndlərində arpa biçini üstünlük təşkil edir.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu günə qədər 8336 hektar sahədə arpa biçini yekunlaşıb. Biçilən sahələrdən 21,673 ton arpa yığılıb, orta məhsuldarlıq 26 sentnerə çatmışdır.
Aidiyyəti dövlət qurumları tərəfindən əkin sahələri nəzərə alınmaqla, taxıl biçinini tez bir zamanda və təhlükəsiz şəraitdə başa çatdırmaq üçün bütün tədbirlər icra olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts