Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Avropada fəaliyyətini genişləndirməyə davam edir

Tokio, 19 oktyabr , /AJMEDIA/

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ilə görüşüb.
Fonddan AJMEDIA-ya bildirilib ki, görüşdə türk dünyasının maddi-mədəni dəyərlərinin beynəlxalq aləmdə təbliği məqsədilə dünyanın müxtəlif ölkələrində layihələr həyata keçirən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən bəhs edilib. Görüşdə Günay Əfəndiyevanın Polşaya səfərlərindən, orada yaşayan türk mənşəli xalqların, o cümlədən tatar və karaimlərin mədəni irsinin qorunması, tanıdılması istiqamətində Polşa ilə Fondun əməkdaşlıq əlaqələrindən söz açılıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti yüksək qiymətləndirilərək, təşkilat tərəfindən görülən işlərin Avropada maraqla qarşılandığı vurğulanıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts