Beynəlxalq Muğam Mərkəzində musiqi gecəsi

Tokio, 6 fevral , /AJMEDIA/

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən Qara Qarayevin və Fərəc Qarayevin yaradıcılıqlarına həsr olunmuş “Bir məhəllədən iki oğlan” adlı musiqi gecəsi keçirilib.

AJMEDIA xəbər verir ki, tədbirdə Xalq artisti, bəstəkar, professor Ülviyyə Hacıbəyovanın və bəstəkar, Bakı Musiqi Akademiyasının (BMA) dosenti Aliyyə Məmmədovanın sənətkarlar haqqında müsahibələri, görkəmli bəstəkarlar haqqında çəkilmiş filmlərdən parçalar və videoçarxlar nümayiş olunub.

Musiqi gecəsində məktəbin kamera ansamblı, simli kvinteti, xalq çalğı alətləri ansamblı, müəllim və şagirdləri bəstəkarın əsərlərini səsləndiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts