Batabat yaylağında keçirilən bayram tədbirindən FOTOREPORTAJ

Tokio, 12 iyul , /AJMEDIA/

Muxtar respublikanın füsunkar guşələrindən olan Batabat yaylağında Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qurban bayramına həsr olunan tədbir keçirilib.
Tədbirdə Şahbuz rayonunun musiqi, rəqs və folklor qruplarının milli geyimdə ifa və çıxışları, xalq oyunları təqdim edilib. Eyni zamanda, milli mətbəximizə məxsus nümunələr, müxtəlif şirniyyat məhsulları da hazırlanaraq tədbir iştirakçılarına təklif edilib.
Bayram tədbirində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məxsus istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satış təşkil olunub.
AJMEDIA bayram tədbirindən hazırlanmış fotoreportajı təqdim edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts