Basketbol Liqası: “Sabah” komandası səfərdə “Gəncə”ni məğlub edib

Tokio, 8 aprel , /AJMEDIA/

Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının XXV turunun açılış oyunu keçirilib.
AJMEDIA xəbər verir ki, “Gəncə” doğma azarkeşlər önündə paytaxtın “Sabah” komandasını qəbul edib.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Sabah” komandası 87:84 hesabı ilə qalib gəlib.
Qarşılaşmada ən məhsuldar basketbolçular “Gəncə”dən Amil Həmzəyev (33 xal, 3 ribaund ), “Sabah”dan isə Kalin Kreyn (20 xal, 3 ribaund) olublar.
Qeyd edək ki, turun digər oyunları – “Olimpik Şəki” – “Neftçi”, “AAAF Xırdalan” – NTD və “Sərhədçi” – “Zirvə Astara” matçları aprelin 9-11-də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts