Bakının “Azərreyl” voleybol klubu Slovakiyanın “Slavia” komandası ilə qarşılaşacaq

Tokio, 28 noyabr , /AJMEDIA/

2022/2023-cü il mövsümündə ölkəmizi Çağırış kuboku yarışında təmsil edəcək Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu 1/32 final mərhələsində Slovakiyanın “Slavia” komandası ilə üz-üzə gələcək.
AJMEDIA Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, hər iki oyun Bakıda keçiriləcək. Noyabrın 29-dakı qarşılaşmada “Azərreyl”, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq.
Hər iki matç Dərnəgül Voleybol Mərkəzində saat 18:00-da başlayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts