Bakıda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Tokio, 4 aprel , /AJMEDIA/

Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının aparıcı vətəndaş cəmiyyəti təşkilatı olan “Sağlamlığa Xidmət” İctimai Birliyi Yaponiyanın “Fujifilm” və “Araş” medikal şirkətlərinin baş sponsorluğu ilə, Yaponiyanın Azərbaycandakı səfirliyinin və “Stop vərəm” tərəfdaşlığının dəstəyi ilə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfrans keçirir.

AJMEDIA xəbər verir ki, konfrans Yaponiyanın Azərbaycandakı səfirliyinin açılmasının 30 illiyi ilə əlaqədar elan edilmiş “Azərbaycan-Yaponiya dostluq ili – 2022” çərçivəsində Azərbaycanda silsilə tədbirlər sırasına daxildir.

Onun məqsədlərindən biri də Yaponiya ilə Azərbaycan arasında vərəm/COVID-19-a cavab tədbirlərinə yönəlmiş əməkdaşlıq müstəvisində, Yaponiyanın ən yeni vərəm diaqnostik texnologiyalarının vasitəsilə əlçatmaz ərazilərdə yaşayan insanlar üçün vərəmin aşkarlanmasını mümkün edən və onların sayəsində əldə olunan uğurları işıqlandırmaqdan ibarətdir.

Konfransda vərəmlə mübarizə üzrə yerli və beynəlxalq ekspertlər, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, parlamentarilər, nazirliklər və ən yüksək səviyyədə təmsil olunan qurumların iştirak edirlər. Bundan başqa “Stop vərəm” tərəfdaşlığının icraçı direktoru Luçika Ditiu, Türkiyə, Gürcüstan və İsveçrədən dəvət edilmiş vərəmlə mübarizə qurumlarının nümayəndələri də konfransın iştirakçıları arasındadır.

Konfransın əvvəlində Yapon tibb avadanlığının sərgisi nümayiş olunub.

Açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Sədaqət Vəliyeva, Soltan Məmmədov, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, “Stop vərəm” Partnyorluğunun icraçı direktoru Lucica Ditiu və başqaları çıxış ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts