Bakıda Reza Deqatinin fotolarından ibarət “Caspian Dream” adlı sərgi açılacaq

Tokio, 25 oktyabr , /AJMEDIA/

Noyabrın 1-də “The Landmark” otel və biznes mərkəzində dünyaşöhrətli fotojurnalist Reza Deqatinin fotolarından ibarət “Caspian Dream” adlı sərgi açılacaq.
AJMEDIA xəbər verir ki, sərgidə Reza Deqatinin 1997-ci ildə çəkdiyi mühüm 7 fotoşəkildən ibarət “Caspian Dream” adlı xüsusi vizual incəsənət instalyasiyası nümayiş olunacaq.
Tədbir dünyaşöhrətli sənətkarın iştirakı ilə keçiriləcək və R.Deqati sərgi ətrafında dəvətliləri qəbul etməklə hər bir əsərinə tarixi konteksdə şərhlər verəcək.
Qeyd edək ki, görkəmli fotojurnalist Reza Deqatinin karyerası haqqında danışanda ağıla üç söz gəlir: xeyriyyəçi, idealist və humanist. R.Deqati fotoqrafiyaya başlamazdan əvvəl ilk dəfə memar kimi təhsil alıb. Bəşəriyyət tarixinin əsas anlarını tuta bilməsi üçün uzun yola çıxmasının nəticəsi olaraq onun əsərləri yüzdən çox beynəlxalq mediada dərc olunub. O, bununla bütün dünyada fotolarından ibarət böyük instalyasiyalarını yaradaraq nümayiş etdirir, eyni zamanda böyük universitetlərdə və beynəlxalq təşkilatlarda keçirilən konfranslarda mühazirəçi kimi çıxış edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts