Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin çəkdiyi fotolardan ibarət sərgi açılacaq

Tokio, 18 iyun , /AJMEDIA/

İyunun 28-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli fotoqraf Reza Deqatinin çəkdiyi fotolardan ibarət “Rezanın daxili Odisseyası:” adlı sərgi açılacaq.
AJMEDIA xəbər verir ki, Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycandakı Fransız İnstitutu tərəfindən təşkil olunacaq fotosərgi Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunub.
Sərgidə məşhur fotoqrafın Azərbaycana və Fransaya səfərləri zamanı çəkdiyi bir sıra kadrlar vasitəsilə bu ölkələrin xalqlarına və mənzərələrinin gözəlliyinə poetik, dərin düşüncəli və daxili baxışlarını ifadə edir.
İyulun 27-dək davam edəcək sərgiyə “Alstom”, “Holcim”, “QGallery”, “TotalEnergies EP Absheron B.V.”, “Schneider Electric”, “Suez” kimi şirkətlər dəstək göstərəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts