Bakı–Tbilisi–Ceyhan kəməri ilə indiyədək 4 milyard bareldən çox neft nəql olunub

Tokio, 12 yanvar , /AJMEDIA/

Bakı–Tbilisi–Ceyhan (BTC) xam neft boru kəmərinin açılışından ötən ilin sonunadək 5250 tanker neft dünya bazarına yola salınıb.
AJMEDIA Anadolu Agentliyinə istinadla xəbər verir ki, eyni zamanda, Xəzər dənizindən çıxarılan nefti dünya bazarına təhlükəsiz şəkildə çatdıran “BOTAŞ İnternational” BTC ilə dünya bazarına 4 milyard 232 min 552 barel xam neft göndərib.
Qeyd olunub ki, ötən il 224 milyon 388 min 520 barel neft 305 tankerə yüklənilərək yola salınıb. 2021-ci ildə isə BTC ilə dünya bazarına 200 milyon 467 min 463 barel xam neft çıxarılıb. Ötən il ən yüksək nəql 21 milyon 148 min 652 barellə noyabrda, ən az daşınma isə 13 milyon 581 min 125 barellə fevral ayında həyata keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts