Bəstəkar Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş silsilə konsertlər davam edir

Tokio, 9 Dekabr, /AJMEDIA/

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi zalında Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində fortepiano və tar üçün yazılmış əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

AJMEDIA AZƏRTAC saytına istinadən xəbər verir ki, təqdim olunan konsertdə Azərbaycan Dövlət Fortepiano Triosu və Azərbaycan Dövlət Simli Kvarteti çıxış edib.

Konsertdə Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Sahib Paşazadənin solo ifası və Sevinc Kərimovanın müşayiəti ilə bəstəkarın əsərləri səsləndirilib.

Konsert proqramında bəstəkarın “Xəzər balladası” baletindən Neft fəvvarəsi rəqsi, “Görüş yerimiz”, “Xeyir və şər”, “Nigar”, “Yadıma düşdü”, “Türk rapsodiyası” və s. əsərləri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts