“Bəşəriyyətə şölə saçan teatr günəşi” kitabı çap olunub

Tokio, 10 yanvar , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu, tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin “Bəşəriyyətə şölə saçan teatr günəşi” adlı kitabı çap olunub.
Kitabxanadan AJMEDIA-ya verilən məlumata görə, son illər rus ədəbiyyatının görkəmli nümayəndələri haqqında silsilə yazıları, nəşr olunmuş kitabları ilə oxucular arasında tanınan Reyhan Mirzəzadənin bu kitabı rus dramaturgiyasının, teatrının yaradıcısı olan Aleksandr Nikolayeviç Ostrovskinin həyat və yaradıcılığı haqqındadır.
Kitab rus teatrının çətin, mübarizəli yollarından bəhs edir. A.N.Ostrovskinin yaradıcılığına müraciət edən və onun pyeslərindən bəhrələnən Azərbaycan yazıçılarının fəaliyyəti də kitabda öz əksini tapıb. Azərbaycan səhnəsində A.N.Ostrovskinin dramlarını məharətlə oynayan aktyorlarımızın istedad və bacarığı haqqında Reyhan Mirzəzadə araşdırmalar apararaq, oxucuya zəngin materiallar təqdim edib.
“Bakı mətbəəsi”ndə çap edilən kitaba “Ön söz”ü yazıçı-publisist Zöhrə Əsgərova yazıb. Kitabda müəllif A.N.Ostrovskinin tamaşaya qoyulmuş səhnə əsərlərinin tarixi fotoşəkillərindən (C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin materiallarından) istifadə edilib.
Qeyd edək ki, kitab müəllif tərəfindən Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına hədiyyə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts