AZAL Uşaqların Müdafiəsi Günü münasibətilə tədbir təşkil edib

Tokio, 1 iyun , /AJMEDIA/

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində AZAL xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün böyük bayram təşkil edib.
“Kinderland” uşaq əyləncə mərkəzində keçirilən “AZAL Günü” tədbirində Vətən müharibəsi şəhidlərinin övladları, uşaq evləri və internat məktəblərinin şagirdləri, həmçinin fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.
AZAL-dan AJMEDIA-ya bildirilib ki, bu sosial aksiya çərçivəsində uşaqlar müsabiqələrdə, ustad dərslərində və müxtəlif oyunlarda iştirak ediblər. Xüsusi hazırlanmış əyləncə proqramı hər bir uşaq üçün unudulmaz istirahət bəxş edib.
Bununla belə, bu tədbir uşaqlar üçün həm əyləncə, həm də məlumat dolu olub – onlar aviasiyanın ecazkar dünyası ilə tanış olublar. AZAL əməkdaşları pilotların, təyyarə bələdçilərinin və aviasiya sahəsinin digər mütəxəssislərinin işi haqqında uşaqlara danışıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts